BİRJA

Neft 60 dollara qalxa bilər-PROQNOZ
10 OKTYABR
430

Neft 60 dollara qalxa bilər-PROQNOZ

2016-10-10 19:24:00

Səudiyyə Ərəbistanının Enerji Naziri Xalid Al-Falihin bu gün İstanbulda keçirilən Dünya Enerji Konqresində, OPEC-in neft hasilatı mövzusunda digər istehsalçılar və Rusiya ilə bərabər çalışacağına dair nikbin olduğu barədə açıqlamalarından sonra yüksəlib. 

Fins.az xəbər verir ki, brent neftin 1 barrelinin qiyməti 52.95 dollar olub. Bu da son bir ildə rekord göstəricidir. 

Xalid Al-Falih 2016-cı ilin sonuna qədər neftin qiymətinin 60 dollara qalxa biləcəyini söyləyib.

Rusiya Prezidenti Vladimir Putin də Dünya Enerji Konqresindəki çıxışında neft hasilatının dondurulması, hətta aşağı salınmasının yeganə doğru qərar olduğunu vurğulayıb. 

 

 
 Mənbə: Marja
 
 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275