BİRJA

İstiqraz bazarı 30 dəfə kiçilib
10 OKTYABR
194

İstiqraz bazarı 30 dəfə kiçilib

2016-10-10 14:30:00

2016-cü ilin yanvar-sentyabrayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 3,669,929,653.92 AZN  təşkil edib. Dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin cəmi 380,109,643.90 AZN olub. Halbu ki, 2015-ci ildə bu göstərici 19,777,808.90 AZN təşkil edib. Yəni, ümumilikdə dövriyyə 2 dəfə artıb.             Pay bazarının həcmi 26,933,165.90 AZN təşkil edib. Bunun 24,681,000.00 AZN-i səhm bazarının payına düşür. Bu bazarda da artım tendensiyası nəzərə çarpacaq səviyyədədir. . Borc Alətləri Bazarı isə 52,737,534.44 AZN-ə düşüb. 2015-ci ildə bu bazarın çəkisi 1,576,045,828.29 AZN idi. Bu bazarda əqdlərin sayı 554-dən 76-ya düşüb. REPO əməliyyatları üzrə dövriyyədə də kəskin azalma müşahidə edilib. Ötən ilin 9 ayında 101 əqd qeydə alınmışdısa, bu ilin müvafiq dövründə cəmi 1 əqd üzrə əməliyyat baş verib. 

BFB-nin dövriyyəsinin müqayisəli cədvəli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272