BİRJA

Avro dollara qarşı bahalaşmaqda davam edə bilər
10 OKTYABR
116

Avro dollara qarşı bahalaşmaqda davam edə bilər

2016-10-10 10:15:00

Keçən həftənin cümə günü yayımlanan iqtisadi göstəricilərə görə, Amerikada işsizlik artmağa davam edir. Bu məlumat fonunda dünya maliyya bazarlarında FED-in faiz artımı gözləntiləri də azalmağa başlayıb. Bu gün isə dünya valyuta birjalarında güclü hərəkətliliyə səbəb ola biləcək fundamental xəbərlərin yayımlanması gözlənilməsə də, Avropa sessiyasında keçən həftənin cümə günü Amerika sessiyasında müşahidə olunan hərəkətliliyin ardının şahidi ola bilərik.

Amerikada işsizlik səviyyəsinin yenidən artması xəbərindən sonra dolların digər valyutalara nisbətən dünya valyuta birjalarında qiyməti ucuzlaşmağa başladı. Amerikada işsizlik səviyyəsinin artması FED-in faiz artımı gözləntilərini də azaldır.

EUR/USD cütlüyünün məzənnəsi 1.13$-a kimi bahalaşa bilər. Keçən həftə 1.11$-a kimi ucuzlaşan avronun dollara nisbətən qiyməti də cümə günü 1.12$-a kimi bahalaşdı. Beləliklə, Avro/Dollar cütlüyünün məzənnəsi 1.1200$-ın üzərində möhkəmlənərsə, əlavə olaraq 1.1280 və 1.1365$-a kimi də dəyər qazana bilər.

Dolların ucuzlaşması qızıl qiymətinin bahalaşmasına təsir edir. Qızılın bir unsiya üzrə qiyməti də keçən həftə sürətlə 1241$-a kimi ucuzlaşdıqdan sonra qismən bahalaşmağa başlayıb. Artıq bu gün Asiya sessiyasında 1262$-a kimi bahalaşan qiymət 1272 və 1290$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

Mənbə: İnvest.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272