BİRJA

Neft ucuzlaşdı
10 OKTYABR
295

Neft ucuzlaşdı

2016-10-10 09:37:00

Dünya bazarında neft ucuzlaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,44 dollar azalaraq 49,37 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,41 dollar azalaraq 51,52 dollar olub.

Neftin ucuzlaşmasına birjalardakı spekulyasiyalar səbəb olub. Belə ki, birja iştirakçıları OPEC və qeyri-OPEC ölkələrinin İstanbulda keçirilən Beynəlxalq Enerji Konqresi çərçivəsində baş tutacaq görüşünün effektiv olacağına şübhə ilə yanaşırlar. Qeyd edək ki, həmin görüşdə neftin hasilatının dondurulması müzakirə olunacaq.

Xatırladaq ki, sentyabrın 28-də Əlcəzairdə keçirilən qeyri-formal görüşdə OPEC üzvləri sutkalıq neftin hasilatını 32,5 - 33 mln. barrel səviyyəsində dondurmağı razılaşdırıb. Lakin ayrı-ayrı ölkələr üçün hər hansı limitlə (kvota) bağlı razılıq yoxdur. Yekun qərar noyabrın 30-da Vyanada keçiriləcək rəsmi görüşdə veriləcək. OPEC bu razılaşmaya başda Rusiya olmaqla, digər ölkələrin də qoşulmasını istəyir. Bu məsələ Beynəlxalq Enerji Konqresi çərçivəsində baş tutacaq qeyri-formal görüşdə də müzakirə olunacaq. Bir çox analitiklər hesab edir ki, məhz bu görüşdən sonra bazarda müəyyənlik yaranacaq.

Lakin indi investorlar nədənsə İstanbuldakı görüşün məşvərət xarakterli olacağını deyən Rusiyanın energetika naziri Aleksandr Novakın açıqlamalarına köklənib. Bununla yanaşı, nazir əlavə edib ki, Rusiya noyabrın sonunda OPEC üzvlərinin keçirəcəyi görüşünə böyük ümidlər bağlayır.

 Mənbə: APA

 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274