BİRJA

Dollar qızıla qarşı: ucuzlaşan metalı almağa dəyərmi?
07 OKTYABR
482

Dollar qızıla qarşı: ucuzlaşan metalı almağa dəyərmi?

2016-10-07 14:59:00

Oktyabrın 4-dən qızılın dünya qiymətləri 23 iyundan bəri minimal səviyyəyə düşdü. Fins.az-ın verdiyi xəbərə əsasən, troy unsiyanın qiyməti psixoloji 1300 dollar dəyərindən aşağı enib. Comex birjasında oktyabr fyuçersləri 1266,33 dollar təşkil edib. Kotirovkaların enməsi 6 gün ərzində müşahidə olunurdu – həmin vaxtda qiymətli metal dəyərinin 5% itirdi.
Qızılın qiymətinin aşağı enməsi investorların FED-in faiz dərəcəsini qaldırma və dolların möhkəmləsi xəbərlərinin gözlənməsi ilə bağlıdır.
Dünən qızılın qiyməti zəif korreksiya göstərdi, qiymətli metalın oktyabr fyuçersləri 0,41% bahalaşaraq, bir unsiyaya 1271,5 dollar təşkil etdi. Deutsche Bank-ın qlobal bazarlar üçün əsas strateqi Binki Çadxa hesab edir ki, qızıla birinci kvartalda əsassız yüksək tələb var idi, lakin bu uzun sürmədi.
UBS bankının strateqi Yoni Teves hesab edir ki, qızılın aşağı qiymətdə satılması investorlar üçün əla fürsətdir. Yaxın gələcəkdə qızıl bazarı FED-in faiz qaldırması gözləntisi ilə təzyiqlə üzləşəcək, lakin uzaq perspektivdə bu qiymətli metal yenidən artım tempi göstərəcək. 
“Finam”ın portfel meneceri Aleksey Belkin hesab edir ki, indi spekulyativ məqsədlərlə qızıl almaq vaxtı deyil: qiymətli metalın qiyməti bu ilin yayından bəri düşür. “Bu düşmə trendində hər növbəti maksimum əvvəlkindən daha aşağı olacaq”. Lakin investorlar vəsaitlərinin az hissəsini yalnız portfelin diversifikasiyası məqsədilə qiymətli metalın alışına xərcləyə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275