BİRJA

Neftin qiymətini qaldıracaq bəyanat səsləndi
07 OKTYABR
1300

Neftin qiymətini qaldıracaq bəyanat səsləndi

2016-10-07 08:52:00

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr Vyana sammitdə neft hasilatını nəzərdə tutulan gündəlik 0,7 milyon barreldən daha çox azalda bilər.

“reuters.com” xəbər verir ki, bu barədə Əlcəzairin enerji naziri Nurəddin Buterfe məlumat verib. O deyib: “OPEC Vyana yığıncağında bazarı qiymətləndirəcək. Əgər hasilatın nəzərdə tutulan 0,7 milyon barrel azaldılması kifayət etməsə, bu həcmi artıracağıq”.

Qeyd edək ki, sentyabrın 28-də Əlcəzairdə OPEC-ə üzv olan ölkələrin nümayəndələrinin qeyri-rəsmi görüşündə gündəlik hasilatın 32,5 milyon barrel səviyyəsinədək saxlanılmasına dair razılıq əldə olunub. Görüşdə neft hasilatının 6 aydan 1 ilədək “dondurulması” müzakirə edilib. Yekun qərar isə OPEC-in noyabrın 30-da Vyanada keçiriləcək rəsmi toplantısında qəbul olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270