BİRJA

SOCAR istiqrazlarının qiyməti qalxdı – AZFİNANCE-DAN ƏLVERİŞLİ TƏKLİF
06 OKTYABR
9549

SOCAR istiqrazlarının qiyməti qalxdı – AZFİNANCE-DAN ƏLVERİŞLİ TƏKLİF

2016-10-06 15:36:00

AzFinance İnvestisiya Şirkəti SOCAR istiqrazlarını yerləşdirmə dövründə onun vasitəsilə alan fiziki şəxsə istiqrazları ondan istənilən vaxt 1 000.40 ABŞ dolları qiyməti ilə geri almaq barədə yazılı opsion (zəmanət) verəcəkdir. Yəni, bu opsionun sahibi 2017-ci il yanvar ayının 10-dək istiqrazları 1000.40 dollar qiymətilə istənilən tarixdə (bir iş günü əvvəlcədən xəbərdarlıq etmək şərti ilə) AzFinance investisiya şirkətinə sata biləcəkdir.

Bunu müsahibimiz AzFinance İnvestisiya Şirkətinin direktor müavini İntiqam Səfərəliyev bildirib.

– İntiqam müəllim, vətəndaşlarımız bu gün istiqrazları 1000 dollara alıb sabah AzFinance şirkətinə 1000.40 dollara sata bilərlər?

Bəli bu gün 1000 dollara alıb növbəti gün və ya günlər bizə 1000.40 dollara sata bilərlər. Bir şərtimiz var ki, istiqrazları bizim vasitəmizlə alsınlar.

– Niyə məhz 10 yanvar 2017-ci il tarixinədək?

Biz istiqrazların dövrüyyədə olduğu ilk 3 ayı nəzərdə tutmuşuq. Məqsədimiz fiziki şəxslərin istiqrazları almaqdan az da olsa gəlir əldə etmələrinə yazılı təminat verməkdir. 3 ay sonra hər kəs kupon faizi alacaqdır və artıq gəlirlə prosesdən çıxa bilərlər.

– Bunu etməkdə əsas məqsədiniz nədir?

İlk növbədə şirkətimizin müştəri bazasını genişləndirərək, onlara qazanc əldə etdirməkdir. Biz əminik ki, SOCAR istiqrazları gəlirli bir investisiya olacaqdır. İstəyirik ki, insanlar zərər ehtimalının olmadığından tam əmin olsunlar və bunu onlar üçün edən investisiya şirkətinin partnyoru olsunlar.

– Bu opsionu almış şəxslər istiqrazları mütləq Sizə satmalıdırlarmı?

Xeyir. Bu opsion onlara sadəcə bunu etməyə hüquq verir. Yəni istəsələr bizə satacaqlar. Əlbəttə ki, birjada qiymət bu qiymətdən yuxarı olarsa bu insanlar opsiondan istifadə etməyəcəklər, istiqrazları birjada satacaqlar. Bu opsion bufer rolu oynayacaq, yəni ən pis halda bizə satıb gəlir götürəcəklər.

– Ümumiyyətlə, Siz SOCAR istiqrazları üzrə artıq bir neçə dəfə fikrinizi bildirmisiniz, Sizi bu prosesə nə bağlayır?

Birincisi biz digər 3 investisiya şirkətilə bərabər istiqrazların sub-anderrayteri kimi prosesdə iştirak edirik. İkincisi, SOCAR istiqrazları investorlar üçün bu günün tələbini hədəfə almış əla bir məhsuldur və bu məhsulu alan hər bir müştəri bizdən yalnız razı qala bilər. Qurulmuş bu münasibətlər onların gələcəkdə digər məhsullara da investisiya etmələrinin ehtimalını artırır.

– Yəni, Siz də istiqrazların satılmasında maraqlısınız?

Əslində biz istiqrazların alınmasında maraqlıyıq. Çünki istiqrazları alan şəxslər bizim müştərilərimiz olacaqlar. Və bizdə öz növbəmizdə gələcək əməkdaşlıq perspektivləri nəzərə alaraq, yeni müştərilərimizə daha əlverişli şərtlərlə müxtəlif investisiya məhsulları təklif etməyi planlaşdırırıq. Digər tərəfdən mən investisiya məsləhəti vermək üçün müvafiq sertifikatlara malikəm və təhrif edilmiş təhlil və ya məsləhət şirkətimizin reputasiyasına zərər verə bilər.

– Bu prosesə xüsusi diqqət yetirirsiniz.

Bilirsiz, burada vaxtında addım atmaq lazımdır. Yəni yerləşdirmə 10.10.2016 tarixində başa çatacaq. Bu müddət ərzində istiqrazları almaq daha faydalıdır. İstiqrazları sonra təkrar bazarda da almaq olar. Amma şərtlər bu qədər əlverişli olmayacaq. İndi alıcıların heç bir əlavə xərci yoxdur. Yəni 10 000 dollar verib 10 000 dollarlıq istiqraz alacaqdır. Lakin təkrar bazarda hər 10 000 dollar üçün 25 dollar köçürmə haqqı, 10-15 dollar komissiya xərcləri olacaq ki, bu da investisiyanın gəlirliyini aşağı salır. Digər tərəfdən təkrar bazarda istiqrazlar nominal dəyərindən baha da satıla bilər. Yəni o zaman effektiv gəlirlik 5%-dən də aşağı ola bilər.

Suallarımızı cavablandırdığınız üçün Sizə minnətdarıq. 

AzFinance İnvestisiya Şirkətinin vasitəsilə istiqrazları almaq üçün aşağıdakı kontaktlara müraciət edə bilərsiniz:

( 012 ) 310 33 11   050 290 44 99  support@afi.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275