BİRJA

Maliyyə Nazirliyi hərraca qısamüddətli istiqrazlar çıxardı – 15 MİLYON MANAT
06 OKTYABR
257

Maliyyə Nazirliyi hərraca qısamüddətli istiqrazlar çıxardı – 15 MİLYON MANAT

2016-10-06 11:14:00

2016-cı il oktyabrın 11-də dövlət qısamüddətli istiqrazları (DQİ) üzrə növbəti hərrac keçiriləcək. BFB-dən fins.az-a verilən məlumata görə, istiqrazların ümumi həcmi 15 milyon manatdır. Bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 364 gündür. Dövlət istiqrazlarının anderrayteri qismində Paşa Kapital İŞ QSC çıxış edir. Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracın keçirilməsi tarixi

11.10.2016

Dövlət istiqrazının növü

DQİ

Qiymətli kağızın İSİN kodu

AZ01040165111

Ümumi həcmi (manat)

15 000 000

Bir istiqrazın nominal dəyəri (manat)

100

İstiqrazların tədavül müddəti

364 gün

Faiz gəliri

-

Faiz gəlirinin ödəniş tarixləri

-

Ödəmə tarixi

10.10.2017

Hərracın baş tutması üçün toplanmalı olan sifarişlərin həcmi

(hərraca çıxarılmış istiqraz həcminə nəzərən)*

-

Anderrayter

Paşa Kapital İŞ QSC

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272