Xəbər verildiyi kimi, Azərbayanda yerli investorlar üçün yeni qiymətli kağızlar dövriyyəyə buraxılır. Sentyabrın 20-dən etibarən Dövlət Neft Şirkətinin istiqrazları - SOCAR istiqrazlarına abunə yazılışı başlayıb. SOCAr istiqrazları illik 5% gəlirlilik olmaqla 5 il müddətinə buraxılacaq. Onun əsas alıcıları yerli fiziki və hüquqi şəxslərdir. Hazırda əhali və investorlar arasında böyük marağın olduğunu nəzərə alaraq Ölkə əhalisi arasında qiymətli kağızlar bazarı o qədər də populyar olmadığına görə, yeni buraxılan istiqrazlar və onun imkanları ilə bağlı ekspert rəyinə ehtiyac var. Bəs SOCAR istiqrazları nə qədər etibarlıdır? Bu istiqrazlara vəsait yatırmaq sərfəlidirmi?
Fins.az-ın SOCAR istiqrazları və onun gətirdiyi imkanlarla bağlı suallarına Londonda fəaliyyət göstərən «Fireland Capital» konsaltinq şirkətinin icraçı direktoru Vüqar Axundov cavab verir.