BİRJA

Neft bahalaşdı – SƏBƏBLƏR
05 OKTYABR
681

Neft bahalaşdı – SƏBƏBLƏR

2016-10-05 09:29:00
Dünya bazarında neft bahalaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,48 dollar artaraq 49,17 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,45 dollar azalaraq 51,32 dollar olub.
Neftin bahalaşmasına Amerika Neft İnstitutunun ABŞ-da “qara qızıl” ehtiyatlarının azalması ilə bağlı yaydığı xəbərlər səbəb olub. İnstitutun hesablamalarına görə, ötən həftə ABŞ-da neft ehtiyatları 7,6 mln. barel azalıb. İndi investorlar səbirsizliklə ABŞ-ın Energetika Nazirliyinin neft ehtiyatları ilə bağlı rəsmi statistikasını gözləyir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275