Bu gün Maliyyə Nazirliyi Bakı Fond Birjasında (BFB) 22 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirib. BFB-dən fins.az-a verilən məlumata görə, hərracda 3 investordan 7 sifariş təqdim olunub.
Sifarişlərin nominal üzrə ümumi məbləği 5,332 min manat təşkil edib. Sifarişlər 95.6600 AZN (18.4500%) və 97.1450 AZN (11.9515%) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanan əqdlərin minimum qiyməti 95.6600 AZN (18.4500%) orta ölçülmüş qiyməti 96.4569 AZN (14.9378%) təşkil edib.
Bağlanan əqdlər üzrə hesablaşmalar oktyabrın 5-də həyata keçiriləcək. Həmin istiqrazların tədavül müddəti 91 gündür. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5,332 min manat təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır