BİRJA

Assosiasiyaya yeni sədr seçildi
30 SENTYABR
635

Assosiasiyaya yeni sədr seçildi

2016-09-30 17:03:00

“Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin növbəti Ümumi Yığıncağı keçirilib. Ümumi Yığıncağın keçirilməsində əsas məqsəd Assosiasiyanın Nizamnaməsinə uyğun olaraq, İdarə Heyətinin üzvlərinin və sədrinin yenidən seçilməsi olub. 

Ümumi Yığıncağı İdarə Heyətinin sədri Ceyhun İbrahimov açaraq, son iki ildə Assosiasiyanın fəaliyyəti barədə üzvlərə qısa məlumat verib. Daha sonra Assosiasiyanın İdarə Heyətinin üzvləri səsvermə yolu ilə seçilib. Nəticədə növbəti iki ildə Assosiasiyanın İdarə Heyətinin üzvlüyünə “Bakı Fond Birjası”, “Milli Depozit Mərkəzi”, “Paşa Kapital İnvestisiya Şirkəti” QSC, “İnvestAZ İnvestisiya Şirkəti” QSC və “AzFinance İnvestisiya Şirkəti” QSC seçilib. Həmçinin növbəti iki ildə Assosiasiyanın İdarə Heyətinin sədri vəzifəsinə yenidən Ceyhun İbrahimov layiq görülüb. 

Ümumi Yığıncaq zamanı Assosiasiyanın fəaliyyəti ümumi olaraq qənaətbəxş qiymətləndirilib. Qeyd edilib ki, son iki ili ölkəmizin qiymətli kağızlar bazarında keçid ili kimi qiymətləndirmək olar. Bu dövr ərzində isə Assosiasiya qiymətli kağızlar bazarının inkişafı naminə bir sıra mühüm addımlar atıb və gələcək planlar da böyükdür. Bu baxımdan qiymətli kağızlar bazarına yeni maliyyə alətlərinin daxil edilməsi, həmçinin mövcud maliyyə imkanlarının inkişaf etdirilməsi məqsədilə, təqdim olunan təkliflər müzakirə edilib. 

Qeyd edək ki, hal-hazırda “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin üzvlüyünə hal-hazırda Bakı Fond Birjası və Milli Depozit Mərkəzi də daxil olmaqla, ölkəmizin qiymətli kağızlar bazarının bütün peşəkar iştirakçıları daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270