BİRJA

Neft cüzi ucuzlaşıb – SƏBƏBLƏR
29 SENTYABR
197

Neft cüzi ucuzlaşıb – SƏBƏBLƏR

2016-09-29 09:54:00

Dünya bazarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar artaraq 47,06 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,08 dollar azalaraq 48,61 dollar olub. 

Qeyd edək ki, ötən gün OPEC-in iclasında razılığın əldə olunması ilə bağlı xəbərlər yayılandan sonra neft 5-6% bahalaşıb. Bəzi ekspertlər sonradan neftin cüzi ucuzlaşmasını bazar iştirakçılarının hasilatın səviyyəsi ilə bağlı razılığının rəsmi təsdiqini gözləməsi ilə izah edir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274