BİRJA

BFB SOCAR istiqrazlarının geriyə alışına təminatı verdi – AÇIQLAMA
28 SENTYABR
276

BFB SOCAR istiqrazlarının geriyə alışına təminatı verdi – AÇIQLAMA

2016-09-28 13:05:00

SOCAR şirkəti Bakı Fond Birjasına (BFB) üzv olan “PSG Kapital İnvestisiya Şirkəti” QSC vasitəsi ilə “SOCAR istiqrazları” (ISIN: AZ2001019895) üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürmüşdür.

İnvestorlar tərəfindən təkrar bazarda satışa çıxarılan istiqrazlar tam həcmdə BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvünün təqdim etdiyi kotirovkalar vasitəsi ilə SOCAR tərəfindən təmin olunacaq.

Bu o deməkdir ki, istiqraz sahibləri ödəniş müddətinin sonuna qədər (5 il) gözləməyə məcbur deyillər, hər an istiqrazlarını BFB-də geri satıb, yatırdıqları vəsaitlərini götürə bilərlər.

Eyni zamanda, istiqrazlar üzrə market-meyker qismində çıxış edən “PSG Kapital İnvestisiya Şirkəti” QSC tərəfindən BFB-də gündəlik olaraq maksimal 5%-lik qiymət dəhlizi (alış və satış qiymətləri arasındakı fərq) ilə alış və satış qiymətləri (kotirovkaları) təqdim ediləcəkdir. Təqdim olunan kotirovka qiymətlərinin istiqrazların nominal qiymətindən aşağı olmayacağına emitent təminat vermişdir.

Mövcud qanunvericiliyinə uyğun olaraq, geri satın alma öhdəliklərinin icrasına istiqrazların ilkin yerləşdirilməsindən sonra başlanacaqdır.

Market-meyker kotirovkaları Bakı Fond Birjasının elektron ticarət sistemində gündəlik olaraq saat 10:00-dan etibarən təqdim ediləcək və həmçinin BFB-nin veb-səhifəsində dərc olunacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275