BİRJA

Maliyyə Nazirliyinin istiqrazları satılacaq
27 SENTYABR
330

Maliyyə Nazirliyinin istiqrazları satılacaq

2016-09-27 18:44:00

Oktyabrın 4-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən fins.az-a bildiriblər ki, istiqrazların ümumi həcmi 22 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 91 gün, ödəmə tarixi 2017-ci il yanvarın 3-dür. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edəcək.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272