BİRJA

Dünya bazarında neftin bahalaşması tendensiyası gedir
27 SENTYABR
273

Dünya bazarında neftin bahalaşması tendensiyası gedir

2016-09-27 10:31:00

Avropanın Brent markalı neftinin bir barel qiyməti bazar ertəsi 45$-dan 47$-a kimi bahalaşıb və daha da bahalaşa biləcəyi proqnozlaşdırılır.

Əlcəzairdə baş tutan Beynəlxalq Enerji Forumunda OPEC üzvlərinin də aşağı neft qiymətlərini müzakirə edəcəkləri gözləntiləri fonunda neft qiymətləri bahalaşır. Neft qiymətlərinin bahalaşması isə öz növbəsində FED-in faiz artımı ehtimallarını artırmaqla, dolların da dünya birjalarında dəyər qazanmasına səbəb olur.

Dünya maliyyə bazarlarında investorların diqqət mərkəzində daha çox Əlcəzairdə baş tutan OPEC dövlətlərinin qeyri-rəsmi toplantısıdır. 72-üzvü tərəfindən təşkil olunan Beynəlxalq Enerji Forumunda enerji bazarlarının cari vəziyyəti və gələcəyi ilə bağlı müzakirələr (Alternativ enerji və s.) aparılacaq. Forumdan kənar isə qeyri-rəsmi toplanacaq OPEC-ə üzv dövlətlərin məqsədi isə enerji bazarlarında aşağı neft qiymətlərinin artırılması imkanlarını müzakirə etməkdir.

Avropanın Brent markalı neftinin bir barel qiyməti bazar ertəsi 45$-dan 47$-a kimi bahalaşıb. Qiymət 48.24$-a kimi də bahalaşarsa, əlavə olaraq 48.80 və 49.70$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

Enerji bazarlarında isə neft qiymətlərinin bahalaşması dünya valyuta birjalarında dolların da qiymətinə müsbət təsir edir. Aşağı inflyasiyadan əziyyət çəkən ABŞ iqtisadiyyatında neft qiymətlərinin bahalaşması ilə FED-in faiz artımı ehtimlları da artır.

Mənbə: Invest.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272