BİRJA

Dövlət istiqrazlarına tələb təklifi üstələdi - HƏRRACIN NƏTİCƏLƏRİ
20 SENTYABR
369

Dövlət istiqrazlarına tələb təklifi üstələdi - HƏRRACIN NƏTİCƏLƏRİ

2016-09-20 17:03:00

Bugün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 6 investor tərəfindən 11 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 19,349,500.00 manat olub. Sifarişlər 82.0500 AZN (21.9974%) və 88.9699 AZN (12.4658%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 85.5450 AZN (16.9906%), orta ölçülmüş qiyməti 86.7330 AZN (15.3806%)  təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 21.09.2016 (t+1) tarixində həyata keçiriləcəkdir. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  10 000 000  AZN olub və ödəmə tarixi  19.09.2017-ci  il, tədavül müddəti –  364 gündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272