BİRJA

SOCAR-ın istiqrazlarının satışına - BAŞLANIR
19 SENTYABR
304

SOCAR-ın istiqrazlarının satışına - BAŞLANIR

2016-09-19 19:43:00

Xəbər verildiyi kimi, sentyabrın 20-dən etibarən Dövlət Neft Şirkətinin - SOCAR-ın istiqrazlarının satışına start veriləcək. Bununla əlaqədar olaraq sentyabrın 19-dan istiqrazlar Bakı Fond Birjasının (BFB) listinqinə daxil edilib. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları əsas bazar seqmentində listinqə daxil edilib.

Fins.az-ın BFB-ya istinadən verdiyi xəbərə görə, gözlənildiyi kimi ticarətə ilkin qiyməti 1000 ABŞ dolları olmaqla 100 000 ədəd istiqraz buraxılıb. Emissiyanın anderrayteri qismində “PSG-Kapital İnvestisiya Şirkəti” QSC çıxış edir.

İstiqrazların tədavül müddəti 5 il, illik faiz dərəcəsi 5%, faiz ödənişi dövrü 3 aydır.

SOCAR istiqrazları ilk dəfə olaraq Azərbaycanda – BFB-də yerləşdiriləcək. Qiymətli kağızların fond bazarına kütləvi təklifi ilk dəfə olaraq abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Abunə yazılışı 20 sentyabr – 10 oktyabr 2016-cı il tarixlərində, istiqrazların yerləşdirilməsi isə 13-14 oktyabr 2016-cı il tarixlərində BFB-də baş tutacaq. 

Abunə yazılışı və yerləşdirilmə qiymətli kağızların ticarəti, ticarət sonrası əməliyytaları və bazara nəzarəti üzrə vahid platforma olan Azərbaycan Mərkəzləşmiş Birja Ticarət Sistemi (CETA) üzərindən həyata keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271