BİRJA

Mərkəzi Banklar sürətlə ABŞ istiqrazlarını satır
19 SENTYABR
3085

Mərkəzi Banklar sürətlə ABŞ istiqrazlarını satır

2016-09-19 17:44:00
Dünyanın mərkəzi bankları ABŞ-ın dövlət istiqrazlarının kütləvi satışlarına start verib.
 
Fins.az APA-ya istinadən xəbər verir ki, həftə ərzində mərkəzi banklar 27,5 mlrd. dollar həcmində istiqraz satıb ki, bu da 2015-ci ilin yanvar ayından etibarən ən böyük göstəricidir.
 
Təkcə 2015-ci ilin iyun ayından cari ilin iyun ayınadək 335 mlrd. dollar həcmində istiqraz satışa çıxarılıb. Qısa müddət ərzində bu rəqəm 343,4 mlrd. dollaradək artaraq yeni rekorda imza atıb.
 
ABŞ-a olan borcundan yalnız mərkəzi banklar deyil, suveren fondlar da "canını qurtarır".
 
Satışların lideri Çindir. Belə ki, Asiya ölkəsi 22 mlrd. dollar həcmində istiqraz satıb. Düzdür, Çin milli valyutasının devalvasiyasını dayandırmaq üçün bu üsula əl atsa da, Səudiyyə Ərəbistanı dövlət büdcəsindəki kəsiri bağlamağa nail olmaq niyyətindədir.
 
Rusiya Mərkəzi Bankı son 3 ay ərzində ilk dəfə olaraq ABŞ-ın qiymətli kağızlarına investisiyaları azaldıb. Rusiya tənzimləyicisi 2,7 mlrd. dollarlıq istiqraz sataraq investisiyaların həcmini 88,2 mlrd. dollaradək endirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275