BİRJA

Maliyyə Nazirliyinin istiqrazları satılacaq
19 SENTYABR
240

Maliyyə Nazirliyinin istiqrazları satılacaq

2016-09-19 17:08:00

Sentyabrın 20-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən Fins.az-a bildiriblər ki, istiqrazların ümumi həcmi 10 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 364 gün, ödəmə tarixi 2017-ci il sentyabrın 19-dur. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edəcək.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270