BİRJA

Faiz artımı dekabrda gözlənilir
19 SENTYABR
545

Faiz artımı dekabrda gözlənilir

2016-09-19 11:04:00

Pacific Investment Management Co. (PIMCO), BlackRock Inc. və J.P. Morgan Asset Management-ə görə, Fed Sentyabr toplantısında hər hansı bir addım atmayacaq, faizi Dekabr ayında artıracaqdır.

Fins.az xəbər verir ki, il sonuna qədər faizin artırılması ehtimalı, ABŞ-da istehlakçı qiymətlərinin (inflyasiya) analitik gözləntilərdən yüksk artmasının ardından Cümə günü 50%-i aşıb. Sədr Janet Yellen, o cümlədən bəzi Fed rəsmiləri, Sentyabr iclası öncəsi faiz artırımı lehinə işarələr veriblər. Reallaşması vəziyyətində sözügedən artım, 2008-ci ilin böhranından bu yana ikinci faiz artırımı olacaqdır.

PIMCO-ya görə Fed, Dekabr ayında hərəkətə keçəcək və inflyasiya tədricən 2 faiz hədəfinə doğru yüksələcək.

Balckrock-dan Rick Reider, 16 Sentyabrda Bloomberg Television-a verdiyi müsahibədə Fedin Dekabr ayında həmlə edəcəyini bildirib.

Digər tərəfdən J.P.morgan-ın qlobal strateqi Bencamin Mandel də, ötən həftənin sonunda eyni proqnozu vermişdi.

Treyderlər, Fed-in bu həftə faiz artırımına getməsinə 20 faiz, il sonuna qədər artırmasına isə 55 faiz ehtimal verirlər.

Mənbə: investaz.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271