BİRJA

Neft bahalaşır – SƏBƏBLƏR
19 SENTYABR
324

Neft bahalaşır – SƏBƏBLƏR

2016-09-19 09:46:00

Dünya bazarında neft bahalaşıb. 

Fins.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,81 dollar artaraq  43,84 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,76 dollar artaraq 46,53 dollar olub. 

Neftin bahalaşmasının bir neçə səbəbi var. İlk növbədə "qara qızıl"ın qiymətinə müsbət təsir edən amil odur ki, Liviya rəhbərliyinin açıqlamalarına baxmayaraq Ras-Lanuf limanından neft tankerlərini yola salmaq mümkün olmayıb. Ölkədə baş verən vətəndaş müharibəsi səbəbindən terminal iki il fəaliyyətsiz qalıb.

Bununla yanaşı, Venesuela prezidenti Nikolas Maduro bildirib ki, neft istehsalçıları "hasilatın dondurulması barədə sentyabrda elan edə bilər". 

Xatırladaq ki, neft bazarı ötən həftəni pessimistik notlar üzərində başa vurub. Buna səbəb Liviya, İran, Nigeriya kimi ölkələrin dünya bazarına çıxardığı neftin həcmini artırmaq niyyətində olduğunu bəyan etməsidir. Ümumilikdə, ötən həftə Brent markalı neftin qiyməti 5% azalaraq 46 dollardan aşağı enib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270