BİRJA

SOCAR istiqrazı necə alınır? - DETALLAR
17 SENTYABR
1623

SOCAR istiqrazı necə alınır? - DETALLAR

2016-09-17 12:09:00

İstiqraz nədir?
İstiqraz - investisiya qiymətli kağızlarıdır.

SOCAR İSTİQRAZLARI

SOCAR istiqrazı, sahibinə istiqrazı emissiya edəndən (Emitent) əvvəlcədən müəyyən edilmiş periodlarla faiz gəlirini və istiqraz müddətinin sonunda qoyduğu ilkin vəsaiti almaq hüququnu verən investisiya qiymətli kağızıdır.


BURAXILIŞ MƏBLƏĞİ?
100,000,000 (yüz milyon) ABŞ Dolları

NOMİNAL DƏYƏRİ*
1000 (min) ABŞ Dolları

MÜDDƏTİ
3 illik

FAİZİ
İllik 5%

FAİZ ÖDƏMƏ PERİODU
Hər 3 ayda bir, 3 aylıq müddətdən sonrakı ilk iş günündə

NİYƏ SOCAR İSTİQRAZLARI?
Etibarlıdır, Azərbaycanın ən böyük şirkəti və dövlət qurumu olan SOCAR tərəfindən buraxılmışdır.
SOCAR zəmanəti ilə yüksək gəlirlilik təklif edir.

Likviddir, asanlıqla pula çevrilə bilir.

Vətəndaşlarımız üçün vergidən azaddır.

SOCAR mənfəətlərinin Azərbaycan vətəndaşları ilə bölüşdürülməsini təmin edir.

İSTİQRAZ NECƏ ALINIR?
1) İnvestor (müştəri) şəxsiyyət vəsiqəsi ilə satış nöqtəsinə yaxınlaşır,
2) Şəxsiyyət vəsiqəsini operatora təqdim edir və şəxsi məlumatları bildirir,
3) Operator tərəfindən investorun şəxsi məlumatları qeyd edilir və investisiya şirkəti ilə investor arasında müqavilə bağlanılır,
4) Operator tərəfindən investora ödəniş haqqında məlumat təqdim edilir,
5) İnvestor ödəniş haqqında məlumatı bank kassasına təqdim edir və ödənişi həyata keçirir,
6) İnvestor bank tərəfindən ödənişin həyata keçməsi ilə bağlı verilən qəbzi operatora təqdim edir,
7) Operator tərəfindən investor üçün MDM hesabı açılır və abunə yazılışı ilə bağlı sifarişin həyata keçirilməsi tamamlanır,
8) Operator tərəfindən müqavilə çap edilərək investora təqdim edilir və investor tərəfindən imzalanır,
9) Bir gün sonra sifarişin qəbul edilməsi ilə bağlı MDM tərəfindən investora SMS göndərilir.
10) 10 oktyabrdan sonra emissiya prospektindəki alqoritmə əsasən yerləşdirmə həyata keçirilir,
11) Əldə olunmuş istiqraz miqdarı investora bildirilir və istiqrazlar investorun MDM-dəki hesabına köçürülür,
12) Sifariş edilmiş miqdar istiqrazların yerləşdirilməsindən sonra əldə olunan istiqraz miqdarından çox olduğu halda, artıq qalan məbləğ investorun bank hesabına köçürülür

HARADAN ƏLDƏ OLUNACAQ?

Click to enlarge image istiqraz_satis.jpg
Click to enlarge image istiqraz_satis.jpg

TEZ-TEZ SORUŞULAN SUALLAR
İstiqraz nədir?
İstiqraz - investisiya qiymətli kağızlarıdır.

SOCAR İSTİQRAZLARI

SOCAR istiqrazı, sahibinə istiqrazı emissiya edəndən (Emitent) əvvəlcədən müəyyən edilmiş periodlarla faiz gəlirini və istiqraz müddətinin sonunda qoyduğu ilkin vəsaiti almaq hüququnu verən investisiya qiymətli kağızıdır.


Bank depoziti ilə İstiqrazın fərqi nədir?
İstiqrazlar bank depozitlərindən daha likvid investisiya alətidir. Belə ki, bank depozitlərindən fərqli olaraq, sahibi tərəfindən qazanılmış faiz gəlirlərini tam həcmdə özündə saxlamaqla, istiqrazı müddətindən əvvəl ikinci bazarda satmaq mümkündür.

SOCAR istiqrazlarının buraxılışının başlıca səbəbi nədən ibarətdir?
Azərbaycan Respublikası vətəndaşlarının SOCAR qrupuna daxil olan şirkətlərin mənfəətlərindən birbaşa pay ala bilməsi. Eyni zamanda, yeni alternativ investisiya imkanları ortaya çıxarmaqla, aktiv dövriyyədə olmayan vəsaitlərin iqtisadiyyatın gəlirli sahələrinə yönləndirilməsi.

İstiqrazlar hansı valyuta ilə buraxılıb?
İstiqrazlar ABŞ Dolları ilə buraxılmışdır.

Tədavülə buraxılmış istiqrazların ümumi məbləği nə qədərdir və buraxılış neçə mərhələdən ibarət olacaq?
İstiqrazların buraxılış məbləği: 100,000,000 (yüz milyon) ABŞ Dolları;
Bir İstiqrazın nominal dəyəri: 1000 (min) ABŞ Dolları;
İstiqrazların müddəti: 5 illik
İstiqrazların Faizi: illik 5% olacaqdır
Faiz ödəməsi periodu: Hər 3 aydan bir, 3 aylı müddətdən sonrakı ilk iş günü

Müştərilərə minimal və maksimal olaraq hansı məbləğlərdə istiqrazlar təklif olunacaq?
Müştərilərə minimal 1000 ABŞ Dolları və ümumi buraxılış miqdarı 100 milyon ABŞ Dollarına qədər olan məbləğlərdə istiqrazlar təklif olunacaq.

Niyə istiqrazlar hazırda sadəcə xarici valyuta –ABŞ Dolları ilə buraxılıb? Gələcək mərhələlərdə milli valyutamız olan Manat ilə istiqraz buraxılışı nəzərdə tutulurmu?
Hal-hazırda bazar araşdırması onu göstərir ki, vətəndaşlarımız vəsaitlərinin əksər hissəsini ABŞ Dollarında saxlayır. İqtisadiyyatdan kənar qalmış bu vəsaitlərin yenidən iqtisadiyyata qazandırılması məqsədi ilə SOCAR istiqrazları ilkin mərhələdə ABŞ Dolları ilə buraxılır. SOCAR tərəfindən bazardakı tendensiyalar daim tədqiq olunur və gələcəkdə ABŞ Dolları nominallı istiqrazlarla yanaşı, milli valyutada da istiqrazların emissiyası planlaşdırılır. Bu barədə gələcəkdə ictimaiyyətə daha ətraflı məlumat veriləcəkdir.

SOCAR istiqrazlarını əldə etmək üçün tələb olunan sənədlər hansılardır?
SOCAR istiqrazlarını şəxsiyyət vəsiqəsi ilə əldə edə bilərsiniz.

İstiqrazı əldə etmək arzusunda olanlar istiqraz məbləğini nə zaman ödəməlidirlər? Bu məbləğ hissə-hissə ödənilə bilərmi?
İstiqrazın məbləği hesab açıldığında – sifariş anında – bir dəfəlik tam həcmdə ödənilməlidir.

Bir istiqrazın ortaq mülkiyyətçisi ola bilərmi?
Xeyr, istiqrazın ortaq mülkiyyətçisi ola bilməz. Milli Depozit Mərkəzi (MDM) və İnvestisiya şirkətlərindəki hesab sahibi olan fiziki və hüquqi şəxslər istiqrazın tək mülkiyyətçisi sayılır.

İstiqraz sahiblərinin əldə edəcəyi qazanc nədir?
İstiqrazlar vədə sonuna qədər əldə tutulduğunda, sahibinə illik 5% qazanc gətirir: hər 3 aydan bir, 3 aylıq müddətdən sonrakı ilk iş günü 1,25% faiz gəliri istiqraz sahiblərinin hesablarına köçürüləcəkdir.

Kupon faizi necə əldə ediləcək?
Qazandığınız kupon faizi Milli Depozit Mərkəzi tərəfindən istiqraz aldığınızda qeyd etdiyiniz hesaba təyin olunan vaxtlarda göndəriləcək.

SOCAR istiqrazını almaq istəyənlər və ya artıq əldə etmiş şəxslər yaranan suallarla bağlı hansı strukturlara müraciət etməlidirlər?
SOCAR istiqrazları haqqında məlumatları ASAN xidmətdən, İnvestisiya Şirkətlərindən (AzFinance Invest, InvestAZ, PAŞA Kapital, PSG Kapital), Banklardan (Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Rabitəbank, Xalq Bank) əldə edə bilərlər.
www.socaristiqraz.az
www.asan.gov.az
www.afi.az
www.investaz.az
www.pashabank.az
www.psgbroker.az
www.ibar.az
www.kapitalbank.az
www.rabitabank.az
www.xalqbank.az

Mənbə: Marja.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272