19 sentyabr 2016-cı il tarixindən etibarən “AzFinance İnvestisiya Şirkəti” QSC aşağıdakı şirkətlərin səhmlərinin Bakı Fond Birjasında market-meykerliyinə başlayır.
BFB-nin İdarə Heyətinin qərarına əsasən sözü gedən səhm buraxılışlarının hər biri üzrə alış və satış kotirovkalarının minimal həcmi 5 000 (beş min) manat, alış - satış kotirovkaları üzrə qiymət dəhlizi (kotirovka spredi) 5% müəyyən edilmişdir:
No |
Emitentin adı |
Qiymətli kağızların ISIN nömrəsi |
Market meyker kotirovkasının minimal həcmi |
Alış - satış kotirovkaları üzrə qiymət dəhlizi (kotirovka spredi) |
1 |
Cənubtikintiservis ASC |
AZ1001004691 |
5 000 manat |
5% |
2 |
Bakı ixtisaslaşdırılmış mexanizasiya-7 ASC |
AZ1001000848 |
5 000 manat |
5% |
3 |
Bakı Tikinti materialları ASC |
AZ1001000863 |
5 000 manat |
5% |
4 |
Bakıinşaatsənaye ASC |
AZ1001001564 |
5 000 manat |
5% |
5 |
AZENCO ASC |
AZ1001008452 |
5 000 manat |
5% |
6 |
Sumqayıt Çörək ASC |
AZ1001017230 |
5 000 manat |
5% |
7 |
Savalan ASC |
AZ1001012488 |
5 000 manat |
5% |
8 |
Avro-Asiya inşaat Korporasiyası EVRASCON ASC |
AZ1001000871 |
5 000 manat |
5% |
9 |
Dərnəgülsənayetikinti ASC |
AZ1001000376 |
5 000 manat |
5% |
BFB-nin ticarət qaydalarına əsasən, market meyker gündəlik olaraq BFB-də üzərinə gütürdüyü öhdəliklər həcmində alış və satış sifarişi (kotirovkası) təqdim etməlidir. Hal-hazırda BFB-də market meyker tərəinfdən likvidliyi təmin edilən səhmlərin sayı 10-dur.
Market-meyker kotirovkaları Bakı Fond Birjasının elektron ticarət sistemində gündəlik olaraq saat 10:00-dan etibarən təqdim edilir, həmçinin BFB-nin veb-səhifəsində dərc olunur http://www.bfb.az/about-markets/market-meyker-kotirovkalari.