BİRJA

SOCAR prezidenti: öz vətəndaşlarımız qazansın
16 SENTYABR
697

SOCAR prezidenti: öz vətəndaşlarımız qazansın

2016-09-16 12:34:00

Dövlət şirkəti olan SOCAR-ın istiqrazları buraxmaqla toplayacağı maliyyə vəsaitinin hara xərclənəcəyi diskussiya mövzusudur. Bununla bağlı jurnalistlərin suallarını cavablandıran şirkətin prezidenti Rövnəq Abdullayev isə xarici borclanmaya deyil, daxili borclanmaya üstünlük verdiklərini açıqlayıb. Onun sözlərinə görə, SOCAR çox aşağı faizlərlə kredit cəlb etmək iqtidarındadır, amma bu istiqrazları buraxmaqla sırf vətəndaşlarımız üçün yeni bir gəlir aləti yaratmaq məqsədi daşıyıb. R.Abdullayev bildirib ki, bu il üçün SOCAR iştirak etdiyi layihələr üzrə maliyyələşdirməni tam şəkildə həyata keçirib. İstiqrazlardan əldə olunacaq vəsaitlərdən də səmərəli şəkildə istifadə etmək üçün öz hədəfləri vardır.    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271