BİRJA

SOCAR-ın istiqraz satışı nə məqsəd daşıyır? -RƏSMİ AÇIQLAMA
16 SENTYABR
668

SOCAR-ın istiqraz satışı nə məqsəd daşıyır? -RƏSMİ AÇIQLAMA

2016-09-16 11:37:00
Xəbər verdiyimiz kimi, SOCAR  sentyabrın 20-dən etibarən 100 milyon dollarlıq  istiqrazları satışa çıxaracaq.  Fins.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə  şirkətin prezidenti Rövnəq Abdullayev bildirib ki, layihənin məqsədi ölkə üçün strateji əhəmiyyət daşıyan iri layihələrə yatırılan  maliyyə vəsaitlərinin şaxənəldirilməsi və onlardan müəyyən  hissəni əhaliyə qazandırmaqdır.
 
SOCAR rəsmisinin sözlərinə görə, yeni istiqrazlar aktiv olmayan vəsaitlərin aktivləşməsinə kömək edəcək: “SOCAR müasir dövrün social-iqtisadi tələblərinə cavab verib. İstiqrazların satışa çıxarılması yeni bir başlanğıcdır. Gələcəkdə də bu cür maliiyə əməliyyatlarıni həyata keçirməyi planlaşdırırıq”.
 
Xatırladaq ki,  SOCAR istiqrazları 5 il müddətinə veriləcək. Onun sahibləri hər 3 aydan bir öz  vəsaitlərini ala biləcəklər.  İstiqrazlar illik 5 faizlə verilir və bütün vergilərdən azaddır.  Vətəndaşlar istənilən vaxt  istiqrazlarını nağd pula  çevirə biləcəklər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275