BİRJA

Neft yenidən ucuzlaşdı
15 SENTYABR
307

Neft yenidən ucuzlaşdı

2016-09-15 09:09:00

Bu gecə neft qiymətləri aşağı düşməkdə davam edib.

Fins.az  xəbər verir ki, Brent neftinin barelinin qiyməti 2,5% ucuzlaşma ilə 45,87 dolları, ABŞ xam nefti isə 3%-ə yaxın ucuzlaşma ilə 43,48 dolları görüb.

Bakı vaxtı ilə 08:00-da Brent nefti 46.06 dollardan, ABŞ xam nefti isə 43,70 dollardan alıcı tapıb.

Neftin ucuzlaşmasına səbəb ABŞ-da xam neft hasilatının yenidən artmasıdır.

Neft hasilatı Avqustda 35 min barel artımla gündə 8,493 mln. barel təşkil edib. ABŞ Energetika Nazirliyinin hesablamalarına görə, 2015-ci ilin ortalarından davam edən hasilatın azalması sona yaxınlaşıb. İlin qalan aylarında neft hasilatı gündəlik 8,57 mln. barelədək  artıracaq.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275