BİRJA

Avro və funt ucuzlaşacaq - PROQNOZ
14 SENTYABR
455

Avro və funt ucuzlaşacaq - PROQNOZ

2016-09-14 11:11:00

Avro/Dollar valyuta cütlüyü keçən həftədən etibarən ucuzlaşmağa başlayıb. Bu gün Asiya sessiyasında 1.1220$ ətrafında ticarət olunan cütlük üzrə qiymətin önəmli dəstək səviyəsi 1.1200$-dır. Qiymət bu səviyyəni aşağı istiqmətdə qırarsa, 1.1140$-a kimi də ucuzlaşa bilər. Ondan sonra isə önəmli dəstək səviyyəsi 1.1120$-dır.

Funtun dollara nisbətən qiyməti də keçən həftədən etibarən ucuzlaşır. Bu gün Asiya sessiyasında 1.3190$ ətrafında ticarət olunun funt sterlinqin qiyməti əlavə olaraq 1.3140 və 1.3080$-a kimi də ucuzlaşa bilər.

Qızılın bir unsiya üzrə qiyməti də ucuzlaşmağa son bir həftədir ucuzlaşır. Hal-hazırda dünya əmtəə birjalarında 1319$ ətrafında təklif edilən qızılın qiyməti 1302$-ı aşağı istiqamətdə qırdıqdan sonra eniş trendini 1280$-a kimi sürətləndirə bilər.

Mənbə: investaz.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274