BİRJA

Maliyyə Palatasından SOCAR istiqrazları barədə - AÇIQLAMA
09 SENTYABR
2007

Maliyyə Palatasından SOCAR istiqrazları barədə - AÇIQLAMA

2016-09-09 13:41:00

Sentyabrın 6-da Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Dövlət Neft Şirkətinin (SOCAR) hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 100 000 ədəd faizli, sənədsiz, təmin edilməmiş istiqrazların buraxılışı qeydiyyata alınıb və onların emissiya prospekti təsdiq edilib.

Məcmu nominal dəyəri 100 000 000 ABŞ dolları olan istiqrazların tədavül müddəti 5 ildir və illik gəlirlik dərəcəsi 5%-dir. SOCAR-ın istiqrazlarına abunə yazılışı 20 sentyabr - 10 oktyabr 2016-cı il tarixlərində, istiqrazların yerləşdirilməsi isə Bakı Fond Birjasında 13-14 oktyabr 2016-cı il tarixlərində keçiriləcək.

MBNP-yə daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq bildiririk ki, kommunikasiya kampaniyası zamanı istifadə olunan vizual materiallar qiymətli kağız deyil və reklam məqsədilə istifadə olunur. Sənədsiz istiqrazların mülkiyyətçilərinin hesablarının uçotu Milli Depozit Mərkəzi tərəfindən aparılacaq.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274