BİRJA

Vergi güzəşti məbləğləri 2 dəfə artıb
08 SENTYABR 2016
759

Vergi güzəşti məbləğləri 2 dəfə artıb

2016-09-08 18:30:00

Əlillərin, məcburi köçkün və qaçqınların, əhalinin güzəşt hüququ olan digər kateqoriyalarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onların aylıq gəlirlərinin vergidən azad olunan məbləğləri 2 dəfəyədək artırılıb.

Vergilər Nazirliyindən fins.az-a bildirilib ki, bu, vergi qanunvericiliyində edilən dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, I-II qrup müharibə əlillərinə muzdlu işlə əlaqədar aylıq gəlirinin vergi tutulan məbləğinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutan güzəşt hüququ bütün qruplardan olan müharibə əlillərinə şamil edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+31°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0209
  • ₽ RUB
    0.0292