BİRJA

Neftin qiyməti 50 faiz artacaq - YENİ PROQNOZ
07 SENTYABR
1161

Neftin qiyməti 50 faiz artacaq - YENİ PROQNOZ

2016-09-07 13:33:00

“RBC Capital Markets” bankının nümayəndəsi Helima Kroftun fikrincə, bu ilin sonuna qədər neftin 1 barrelinin qiymətinin 50 dollara çatacağını gözləməyə tam əsas var. 2017-ci ildə isə neftin 1 barrelinin qiymətinin 60 dollar səviyyəsində olacağı gözlənilir. Lakin burada çox şey hazırda təzyiq altında olan əsas neft istehsalçılarından asılı olacaq.

OPEC üzvü olan ölkələrin sentyabr ayında keçiriləcək qeyri-rəsmi görüşü indi bütün dünyada diqqət mərkəzindədir. Həmin görüşdə neft hasilatının ehtimal olunan dondurulması məsələsi müzakirə ediləcək.

Kroft deyib: “Fikrimcə, bazarda neftin qiyməti 5 dollar artacaq. Əgər OPEC hasilat səviyyəsinin dondurulması barədə bəyanatla çıxış edərsə, neftin qiymətinin artmasına hazırlaşmaq olar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272