BİRJA

Dünya bazarında dollar ucuzlaşmağa başladı - SON VƏZİYYƏT
07 SENTYABR
6625

Dünya bazarında dollar ucuzlaşmağa başladı - SON VƏZİYYƏT

2016-09-07 10:15:00

Çərşənbə axşamı Amerikanın xidmət sektoru üzrə göstəricinin son 6 ilin minimum səviyyəsində açıqlanmasından sonra dolların dünya valyuta birjalarında qiyməti sürətlə ucuzlaşmağa başladı. Avro/dollar cütlüyü 1.1262$-a kimi bahalaşıb və əlavə olaraq 1.1300$-a kimi də dəyər qazana bilər.

Qızılın qiyməti də bahalaşmağa başlayıb. Belə ki, dolların dünya valyuta birjalarında ucuzlaşması əmtəə birjalarında qızıl qiymətinin də bahalaşmasına təsir edib. Çərşənbə axşamı 1352.46$-a kimi bahalaşan qızılın bir unsiya üzrə qiyməti isə əlavə olaraq 1360$-a kimi də bahalaşa bilər.

Bu gün dünya valyuta birjalarında dolların qiymətinə güclü təsir edə biləcək önəmli fundamental xəbərlə gözlənilmir.

Mənbə: Invest.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271