BİRJA

Dövlət istiqrazlarına maraq azalıb – HƏRRACIN NƏTİCƏLƏRİ
06 SENTYABR
351

Dövlət istiqrazlarına maraq azalıb – HƏRRACIN NƏTİCƏLƏRİ

2016-09-06 17:45:00

Sentyabrın 6-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102012512 ISIN kodlu, 182 gün tədavül müddətli, 20 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən fins.az-a evrilən məlumata görə, hərrac zamanı 2 investor tərəfindən 4 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 2 953 500  AZN təşkil edib.

Sifarişlər 91.5140 AZN (18.6994%) və 94.9200 AZN (10.7924%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 94 9200 AZN (10.7924 %) orta ölçülmüş qiyməti 94 9200 AZN (10.7924 %) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 07.09.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 1,053,500.00 AZN təşkil edilmişdir.  

İstiqrazların ödəmə tarixi  07.03.2017-cı  ildir.

İstiqrazların tədavül müddəti –  182  gündür. 

Sentyabrın 6-da həmçinin BFB-da Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104013518 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac da keçirilib.

Hərrac zamanı 2 investor tərəfindən 5 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 8 196 700 AZN təşkil edib.

Sifarişlər 83.6175 AZN (19.7001%) və 91.3500 AZN (9.5212%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 91.3500 AZN (9.5212%) orta ölçülmüş qiyməti 91.3500 AZN (9.5212%)  təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 07.09.2016 (t+1) tarixində həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5,473,400.00 AZN təşkil edilib.

İstiqrazların ödəmə tarixi  05.09.2017-cı  ildir.

İstiqrazların tədavül müddəti –  364 gündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272