BİRJA

Neftin qiymətində sıçrayış
05 SENTYABR
1181

Neftin qiymətində sıçrayış

2016-09-05 14:26:00
Neftin qiyməti sürətlə bahalaşmağa başlayıb.
 
Fins.az APA-ya istinadən xəbər verir ki, hazırda Brent markalı neftin 1 barrelinin qiyməti 4,76% artaraq 49,06 dollara, WTI neftinin bir barrelinin qiyməti isə 4,07% artaraq 46,25 dollara yüksəlib.

Neftin bahalaşmasına səbəb Rusiya və Səudiyyə Ərəbistanı arasında neft bazarının stabilləşdirilməsi ilə bağlı birgə bəyanatın imzalanmasıdır. 
 
*** SAAT 13:49

Rusiya və Səudiyyə Ərəbistanı neft bazarının stabilləşdirilməsi ilə bağlı birgə bəyanat imzalayıb.
Sənəd G20 sammiti çərçivəsində Rusiyanın energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid bin Abdel Əziz əl-Faleh tərəfindən imzalanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272