BİRJA

Maliyyə Nazirliyi istiqrazları satdı - HƏRRAC
30 AVQUST
340

Maliyyə Nazirliyi istiqrazları satdı - HƏRRAC

2016-08-30 18:18:00

Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101011515 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az-ın Birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 8 investor tərəfindən 15 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 33 714 500 manat təşkil edib. Sifarişlər 96,3512 manat (15,4003%)-97,9200 manat (8,6383%) qiymət intervalında təqdim edilib. 

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 97,6234 manat (9,9001%), ortaölçülmüş qiyməti 97,7580 manat (9,3265%) təşkil edib. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat olub. İstiqrazların ödəmə tarixi 29 noyabr 2016-cı ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275