BİRJA

6 şirkət birjanın üzvlüyündən çıxarıldı
29 AVQUST
470

6 şirkət birjanın üzvlüyündən çıxarıldı

2016-08-29 18:40:00

“Bakı Fond Birjası” QSC-nin (BFB) Üzvlük Komissiyası tərəfindən BFB-nin bəzi üzvlərinin fəaliyyətinin “Qiymətli kağızlar bazarı haqqında” qanuna və BFB-nin “Üzvlük Qaydaları”na uyğun olmadığına görə dayandırılıb.

BFB-dən fins.az-a verilən məlumata görə, Üzvlük Komissiyasının qərarı ilə “BROKDİL-AZ” MMC, “Çelsi Kapital” MMC, “Bob Broker” MMC, “Xalq Kapital” MMC, “Standard Kapital” MMC və “Dəmir investisiya şirkəti” QSC-nin üzvlüyü 01 yanvar 2017-ci il tarixinədək sonuncu dəfə olaraq dayandırılıb.

Eyni zamanda, “Yapı Kredi İnvest” MMC-nin BFB-də üzvlüyünə onun öz xahişi ilə xitam verilib.

Qeyd edək ki, hazırda BFB-nin “Kapital Menecment ASC”,  “İnvest-AZ QSC”, “Az-Finans investisiya şirkəti QSC”, “Unicapital ASC”, “Paşa Kapital QSC” və “PSG-Kapital İŞ QSC” daxil olmaqla 6 üzvü vardır. Üzvlərin siyahısı və onlar barədə ətraflı məlumat BFB-nin internet saytının (www.bfb.az) üzvlər bölməsində yerləşdirilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272