BİRJA

Neft Fondu niyə 50 milyon dolları tam həcmdə satmayıb?
23 AVQUST
1195

Neft Fondu niyə 50 milyon dolları tam həcmdə satmayıb?

2016-08-23 17:50:00

Dövlət Neft Fondu (ARDNF) tərəfindən bu gün keçirilən valyuta hərracı ciddi suallar yaradıb. Belə ki, hərraca 50 milyon dollar məbləğində vəsait çıxarılmasına baxmayaraq, bu vəsaitdən 46 milyon dolları 25 banka satılıb. Ən maraqlısı da odur ki, bankların dollara olan tələbi  hərraca çıxarılan valyutadan 12,1 dəfə çox - 604,5 milyon dollar olub.

Göründüyü kimi, tələb təklifi üstələdiyi halda hərraca çıxarılan vəsaitdən də 4 milyon dollar az valyutanın satışı reallaşdırılıb.

Fins.az-a vəziyyəti şərh edən iqtisadçı-ekspert Samir Əliyev deyib ki, tələbin yüksək olduğu halda təklifdən az valyuta satışının reallaşdırılmasının iki səbəbi ola bilər:

“Birinci səbəb  texniki səbəbdir. Çünki dollar alışı online şəklində “Bloomberg” platforması üzərindən aparılır. Ola bilsin ki, texniki problem olub kimsə ala bilməyib".

Ekspert ikinci səbəbin psixoloji məqamlarla bağlı olduğunu bildirib : "Yəni, belə etməklə xəbər ötürülür ki,  50 milyon çıxarıldı ancaq 46 milyon dollar satıldı. Bununla da guya tələbin tam ödəndiyi fikri yaradılır”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274