BİRJA

Twitter-in səhmləri kəskin bahalaşdı
16 AVQUST
116

Twitter-in səhmləri kəskin bahalaşdı

2016-08-16 10:58:00

Twitter-in səhmləri həftənin əvvəlində maksimuma yüksəlib. MarketWatch yazır ki, sosial şəbəkənin səhmləri 7,06% artım nümayiş etdirərək, son yeddi ayın maksimumuna çatıb. Analitiklərin fikrincə bu artım The New York Times-ın şirkətin Apple  ilə danışıqlara başlaması xəbərindən sonra baş verib. 

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərinə yeni funksiya  — videoların birbaşa yayımını təqdim edəcək. Bu məqsədlə hələ ilin əvvəlində ABŞ-ın milli futbol komandasının oyunun canlı yayımı üçün əməkdaşlıq sazişi imzalayıb. 
 
Bazardakı son vəziyyətə görə, Twitter-in bir səhminin dəyəri $20,92 təşkil edir. Alma nəhənginin səhmləri isə 1,11% (hər səhm üçün $109,34) artıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275