BİRJA

Neft bahalaşır
15 AVQUST
333

Neft bahalaşır

2016-08-15 09:09:00

Neft, istehsalçıların qiymətləri sabitləşdirmək üçün danışıqlara yenidən başlayacağına dair xəbərlərin təsirilə, Aprel ayından bu yana görülən ən güclü yüksəlişini qeyd edib. Brent neftinin qiyməti 47 dolları ötüb.

Səudiyyə Ərəbistanının gələn ay keçiriləcək qeyri-rəsmi bir OPEC toplantısında neft qiymətlərini sabitləşdirmək üçün danışıqlara hazır olduğu barədə siqnal verməsi neftin bahalaşmasına səbəb olub.

Neftin qiyməti, Avqust ayının əvvəlində 40 dollardan aşağı enərək ayı bazarına düşməsinin ardından 10%-dən çox bahalaşıb. Səudiyyə Ərəbistanında dövlət nəzarətindəki xəbər agentliyinə görə, energetika naziri Xalid Al-Falih bazarı sabitləşdirmək üçün addım atılması lazım olduğunu bildirmişdi.

Bakı vaxtı ilə saat 09:50-yə olan məlumata görə, Brent nefti 0,6% bahalaşma ilə 47,23 dollardan, ABŞ xam nefti isə 0,7% bahalaşma ilə 44,81 dollardan alıcı tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272