BİRJA

Neft bazarındakı durğunluq davam edə bilər-OPEK
10 AVQUST
196

Neft bazarındakı durğunluq davam edə bilər-OPEK

2016-08-10 18:45:00

OPEC-in proqnozuna görə, qlobal neft bazarlarında qiymətlərində davam edən  durğunluq davam edə bilər. Fins.az-ın "Marja"-ya istinadən xəbərinə görə, qiymətlərdə enmə tələbin mövsümi olaraq azalması və neft ehtiyatlarının yüksək səviyyədə qalmağının davam etməsilə bağlıdır. 

OPEC çərşənbə günü aylıq hesabatında, benzin çoxluğuna görə ABŞ və Avropada zavodların emal güclərini aşağı sala biləcəkləri qeyd edilib. Hesabatda, ABŞ-da benzin istehlakının tətil dövrünün bitməsilə ilə gedərək azalacağı bildirilib.

OPEC-in hesabatında, istirahət mövsümünün bitməsi ilə üçüncü rübdə benzinə tələbin azalacağı və neft emalı zavodlarının xam neft qəbullarının aşağı düşəcəyi qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272