BİRJA

Maliyyə Nazirliyinin istiqrazları üzrə əqdlər bağlanıb
09 AVQUST
190

Maliyyə Nazirliyinin istiqrazları üzrə əqdlər bağlanıb

2016-08-09 18:03:00

Bugün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101008511 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 7 investor tərəfindən 12 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 27,419,000.00 AZN təşkil edib. Sifarişlər 96.4427 AZN (14.9999%) və 98.4029 AZN (6.6002%) qiymət intervalında olub. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti  97.5999 AZN (10.0004%) orta ölçülmüş qiyməti 97.6306 AZN (9.8694 %) təşkil edib. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  isə 10 000 000  AZN,  ödəmə tarixi  08.11.2016-cı  il, tədavül müddəti –  91 gündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275