BİRJA

Bakı Fond Birjasında yeni təyinat
09 AVQUST
163

Bakı Fond Birjasında yeni təyinat

2016-08-09 10:18:00

"Bakı Fond Birjası" QSC-də (BFB) yeni təyinat olub. Fins.az "Report"a istinadən xəbər verir ki, bu barədə BFB-dən məlumat verib.

Məlumata görə, Birjanın ticarət və üzvlük qrupunun rəhbəri dəyişib. İndiyə qədər bu vəzifəni tutan Tələt Kalayev öz istəyi ilə işdən çıxıb. Onun yerinə BFB-nin əməkdaşı Rəxşəndə Əlili təyin edilib.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 6 300 səhm əsasında formalaşıb.

Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 5 yerli bank ("Azər-Türk Bank", "Azərbaycan Sənaye Bankı", "Kapital Bank", Azərbaycan Beynəlxalq Bankı və lisenziyası ləğv edilmiş "United Credit Bank"), 14 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (Borsa İstanbul) var. ASB istisna olmaqla digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275