BİRJA

Nağd əməliyyatlara məhdudiyyət qoyulacaq – SƏRƏNCAM
04 AVQUST
2938

Nağd əməliyyatlara məhdudiyyət qoyulacaq – SƏRƏNCAM

2016-08-04 19:57:00

Bu ilin sonunadək Azərbaycanda nağd əməliyyatlara məhdudiyyətlər qoyulacaq. Fins.az xəbər verir ki, bu prezident İlham Əliyevin bu təsdiqlədiyi «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»ndə nəzərdə tiutulub.

Sərəncama əsasən, ölkə iqtisadiyyatında şəffaflığı artırmaq, maliyyə intizamını gücləndirmək və vergitutma bazasını genişləndirmək məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması nəzərdə tutulur.

Bundan başqa, beynəlxalq təcrübə nəzərə alınmaqla, nağd pul hesablaşmaları nəzarət-kassa aparatları tətbiq edilmədən həyata keçirilən fəaliyyət sahələrinin dairəsinin dəqiq müəyyənləşdirilməsi və nəzarət-kassa aparatları tətbiq etmədən fəaliyyət göstərən fiziki şəxslərin vergi öhdəliklərinin aylıq sabit vergi formasında müəyyən edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270