BİRJA

Vergi yoxlamalarında - DƏYİŞİKLİK OLACAQ
04 AVQUST
647

Vergi yoxlamalarında - DƏYİŞİKLİK OLACAQ

2016-08-04 19:21:00

Azərbaycanda vergi yoxlamalırının aparılması ilə bağlı dəyişikliklər olacaq. Fins.az xəbər verir ki, bu prezident İlham Əliyevin bu təsdiqlədiyi «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»ndə nəzərdə tiutulub. 

Sərəncama əsasən, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyası tətbiq ediləcək. Eləcə də, kameral vergi yoxlamalarının həyata keçirilməsi vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılacaq.

Başqa sözlə, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272