BİRJA

Dövlət istiqrazları üzrə növbəti hərrac keçirilib
02 AVQUST
166

Dövlət istiqrazları üzrə növbəti hərrac keçirilib

2016-08-02 17:07:00

Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0101007513 ISIN kodlu, tədavül müddəti 91 gün olan 20 mln. manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib. 

Nazirlikdən Fins.az-a verilən məlumata görə, dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 35,4 mln. manat təşkil edib.

Nazirlik tərəfindən 15,2 mln. manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 97,9626 (gəlirlilik 8,4577%) səviyyəsində müəyyən edilib. 

İstiqrazların ödəmə müddəti 1 noyabr 2016-cı ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271