BİRJA

"AzerGold" səhm emissiyasına başlayır
02 AVQUST
172

"AzerGold" səhm emissiyasına başlayır

2016-08-02 16:47:00

Maliyyə Bazarlarına Nəzarət Palatası "AzerGold" QSC-nin səhm emissiyasını qeydə alıb. Fins.az "Report"-a istinadən xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 1 manat olan 2 mln. ədəd səhmin yerləşdirilməsini nəzərdə tutur.

"AzerGold" tam olaraq dövlətin mülkiyyətində olduğu üçün səhmlər qapalı yerləşdiriləcək. Bununla da Cəmiyyətin 2 mln. manatlıq nizamnamə kapitalı formalaşdırılacaq.

Xatırladaq ki, "AzerGold" Prezident İlham Əliyevin ötən il fevralın 11-də imzaladığı sərəncamla yaradılıb. Şirkət əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272