BİRJA

Neft 40 dollardan aşağı düşdü - KƏSKİN UCUZLAŞMA
02 AVQUST
1288

Neft 40 dollardan aşağı düşdü - KƏSKİN UCUZLAŞMA

2016-08-02 02:00:00

Dünya bazarında neft ucuzlaşmağa başlayıb. Fins.az-ın məlumatına görə, təkcə avqustun 1-də birjalarda neftin qiyməti təqribən 3% azalıb. Nəticədə bir barel neftin qiyməti 40 dollardan da az olub. 

Belə ki, Nyu-York əmtəə birjasında WTI markalı neft üzrə sentyabr müqavilələrində neftin qiyməti bir barel üçün $39,86-ə enib.

London birjasında isə Brent markalı neft oktyabr müqavilələri üzrə $41,98-ə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272