BİRJA

Bakı Fond Birjasında yeni şirkət  – SƏHMLƏRİ SATILIR
01 AVQUST
214

Bakı Fond Birjasında yeni şirkət  – SƏHMLƏRİ SATILIR

2016-08-01 10:23:00
Səhmləri Bakı Fond Birjasında (BFB) satılan şirkətlərin sayı artıb. BFB-dən fins.az-a verilən məlumata görə, «Kürdəmir Tikinti Mexanikləşdirmə»ASC birjada listinqə qəbul edilib: «29 iyul 2016-ci il tarixindən etibarən BFB-nin Listinq Komitəsinin qərarı ilə «Kürdəmir Tikinti Mexanikləşdirmə»ASC BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib».

Şirkətin səhmləri ilə ticarət avqustun 1-dən etibarən başlanacaq. Birjada satışa şirkətin 27 677 səhmi çıxarılıb. Bir səhmin ilkin qiyməti 2 manatdır.

Qeyd edək ki, BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib. 

Döv. Qeyd. nömrəsi

Q/knövü və forması

Emitent

Ticarətə buraxılanqiymətlikağızlarınsayı

Ticarətinbaşlanması tarixi

Q/k-ın ilkin ticarət qiyməti

Bazar seqmenti

1

AZ1001004832

Adi səhm

“Kürdəmir Tikinti Mexanikləşdirmə”ASC

27 677

 (ədəd)

01.08.2016

2 AZN

alternativ

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275