BİRJA

Neft 42 dollara düşdü - UCUZLAŞMA
30 İYUL
625

Neft 42 dollara düşdü - UCUZLAŞMA

2016-07-30 11:14:00

Dünya bazarında neft ucuzlaşıb. Fins.az-ın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,56% azalaraq bir barelə görə 42,46 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,12% bahalaşaraq 41,60 dollar təşkil edib.

Dünən səhər saatlarında Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 42,65 və 41,05 dollara satılırdı.

Analitiklər isə bildirir ki, neftin qiyməti bir barelə görə, 40-50 dollar arasında dəyişəcək, qiymətlərin 40 dollardan aşağı enməsi isə problem yaradacaq.

Qeyd edək ki, BP, “Royal Dutch”, “Shell”, “Total” kimi iri neft şirkətlərinin gəlirləri cari ilin ikinci rübündə neftin qiymətlərinin aşağı olması fonunda kəskin azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272