BİRJA

Maliyyə bazarlarında "Yaponiya təsiri"
29 İYUL
292

Maliyyə bazarlarında "Yaponiya təsiri"

2016-07-29 15:03:00

Bu gün Yaponiya Mərkəzi Bankının faiz qərarı fonunda dünya valyuta birjalarında avro, funt, yen, frank və digər valyutaları bahalaşıb. 

Fins.az bu barədə invest.az-a istinadən xəbər verir. 

Maliyyə bazarlarında investorlar Yaponiya Bankının faiz endirimi qərarını gözləsələr də, bank gözləntiləri məyus edib. Qərarın açıqlanmasından sonra isə USD/JPY cütlüyü ucuzlaşmağa başlayıb. Asiya bazarlarında müşahidə olunan cari tendensiya Avropa bazarlarında da öz əksini tapıb. EUR/USD cütlüyü cümə günü 1.11$-a kimi 0.3% bahalaşıb. Böyük Britaniya valyuta birjalarında də cüzi bahalaşma müşahidə edilib. Hal-hazırda GBP/USD cütlüyü 1.31$ ətrafında alınıb satılır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272